Tramp Camalla bağlı Türkiyədən video tələb etdi

Tramp Camalla bağlı Türkiyədən video tələb etdi
  18 Oktyabr 2018    Oxunub:5331
ABŞ prezidenti Donald Tramp Ağ evdə keçirdiyi mətbuat konfransında Türkiyədə itkin düşən səudiyyəli jurnalist Camal Kaşoqinlə bağlı KİV nümayəndələrinin suallarını cavablandırıb.
Azvision "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Tramp səudiyyəli müxalif jurnalistin yoxa çıxmasına dair səs və videogörüntüləri Türkiyədən tələb etdiklərini bildirib.

Tramp "səs və videogörüntü olsa, təəccüblənərsiniz?" sualına "Xeyr", - deyə cavab verib.

"Bunun olub-olmadığını əmin deyiləm. Mayk Pompeo geri döndükdən sonra ondan ətraflı məlumat alacağam" - Tramp vurğulayıb.

Azvision


Teqlər: Tramp   ABŞ   Türkiyə  





Xəbər lenti