Marqvelaşviliyə ilk təbrik gəldi

Marqvelaşviliyə ilk təbrik gəldi
  28 Oktyabr 2013    Oxunub:1122
Burcanadze isə saxtakarlıqdan danışır.
Gürcüstanda bu gün keçirilən prezident seçkilərindən az sonra Mixail Sakaşvilinin partiyasından olan namizəd David Bakradze düzənlədiyi brifinqdə hakim koalisiyanın namizədi Georgi Marqvelaşvilini qələbə münasibətilə təbrik edib.

Musavat.com-un Gürcüstan mənbələrinə istinadən verdiyi xəbərə görə, Bakradze bildirib: “MSK-nın hesablaması Marqvelaşvilinin qələbəsini təsdiq edən exit-poll-un mənzərəsini çətin ki, dəyişə”.

Sabiq spiker Nino Burcanadzenin partiyası isə əksinə, seçkilərdə saxtakarlıq edildiyi barədə aşıqlama yayıb.

Qeyd edək ki, exit-poll-a görə, hakim koalisiyanın iddiaçısı səslərin 65-68 faizini qazanıb. Bakradzeyə 17-22 faiz arası səs verilib. 3-cü yerdə Nino Burcanadzedir.


Teqlər:  





Xəbər lenti