Gürcüstan seçkilərində yalnız 46 faiz seçici iştirak edib

Gürcüstan seçkilərində yalnız 46 faiz seçici iştirak edib
  28 Oktyabr 2013    Oxunub:1185
Gürcüstanda keçirilən prezident seçkilərində seçici fəallığı 46 faiz təşkil edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat katibi xanım Eka Azaraşvili yekun brifinqdə deyib.

MSK-nın məlumatına görə, seçkilərdə 1 646 350 seçici iştirak edib.

Komissiya ümumilikdə Gürcüstan ərazisində seçicilərin sayının 3 537 719 nəfər təşkil etdiyini bildirib.

"Exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.


Teqlər:  





Xəbər lenti