Marqvelaşvilini baş nazir də təbrik etdi

Marqvelaşvilini baş nazir də təbrik etdi
  28 Oktyabr 2013    Oxunub:1081
Gürcüstanın Baş naziri Bidzina İvanişvili Gürcüstan xalqını öz silahdaşı Giorgi Marqvelaşvilinin Prezident seçilməsi münasibətilə təbrik edib.
AzVision.az Trend-ə istinadən xəbər verir ki, o, "exit-poll"un nəticələrinin açıqlanmasından sonra Tbilisidə "Gürcü arzusu" koalisiyasının mərkəzi ofisinin qarşısında keçirilən mitinqdə qeyd edib ki, bu, Gürcüstanın inkişafı yolunda daha bir addımdır: "Biz tədricən inkişaf yolunda addımlayırıq və hər il biz tərəqqi yolunda irəliyə gedəcəyik. Gürcüstan 20 ildən sonra əsl Avropa ölkəsi olacaq".

Baş nazir bildirib ki, G.Marqvelaşvilinin qələbə qazanacağına əmin idi və buna görə də onun səslərin 60 faizini toplayacağını əvvəlcədən xəbər vermişdi.


Teqlər:





Xəbər lenti