Krımdakı terrorda ölü sayı 20-yə çatıb

Krımdakı terrorda ölü sayı 20-yə çatıb
  18 Oktyabr 2018    Oxunub:4223
Krımın Kerç şəhərindəki texnikumda baş verən terror hücumu zamanı ölənlərin sayı 20 nəfərə çatıb.
Azvision xəbər verir ki, bu barədə Rusiyanın Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, həyatını itirənlərdən 15-i tələbə, 5 nəfər texnikumun əməkdaşı olub. Yaralıların sayı isə 50 nəfərə yaxındır. Onlardan 7-nin vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, ötən gün Krımın Kerç şəhərindəki texnikumda terror aktı baş verib. Qanlı olay texnikumun tələbəsi Vladislav Roslyakov tərəfindən törədilib.

Azvision


Teqlər: Krım   Terror  





Xəbər lenti