Tərəfdarlarının qarşısında çıxış edən namizəd ona dəstək olan hamıya təşəkkür edib. Baş Nazir İvanişviliyə də verdiyi dəstəyə görə məxsusi təşəkkür edən Margelaşvili “Gürcü xalqı azad bir xalqdır, bu bir daha göstərdi ki, Gürcüstan xalqı azad seçim edə bilir” deyə bildirib.
Qeyd edək ki, eks spiker, prezident seçkilərində namizəd Burcanadze seçkilərdə ciddi qanun pozuntuları olması haqda iddia irəli sürüb.
Gürcüstan Prezidenti Mixail Saakaşvili isə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvilinin prezident seçkilərində qələbəsini tanıyıb.
M.Saakaşvili xalqa müraciətində deyib: "Gürcüstanda seçkilər keçirildi və ölkə yeni prezidentini seçdi. Mən bütün seçicilərə təşəkkür etmək istəyirəm, bütün seçkilər demokratiyanın inkişafına xidmət edir və seçicilər öz sözlərini dedilər. Mən seçkinin nəticələrindən narazı qalanlara demək istəyirəm: biz əksəriyyətin seçiminə hörmət etməliyik".
Xatırladaq ki, "exit-poll"un nəticəsinə əsasən, seçkilərdə 66,7 faiz səslə hakim "Gürcü arzusu" koalisiyasının namizədi Giorgi Marqvelaşvili qələbə qazanıb.