Türkiyə polisi Camalı meşədə axtardı

Türkiyə polisi Camalı meşədə axtardı
  18 Oktyabr 2018    Oxunub:5752
Səudiyyəli jurnalist Camal Kaşoqini tapmaq üçün Türkiyə polisi daha iki ünvanda axtarış aparıb.
AzVision.az xəbər verir ki, bu barədə Türkiyənin “Posta” qəzeti məlumat yayıb.

Bildirilib ki, kamera görüntülərinə görə, həmin gün konsulluqdan 26 maşın çıxıb. Onlardan bəziləri izi itirmək üçün müxtəlif küçələrdən keçərək yenidən konsulluğa qayıdıb.

Polis 26 maşının hər birinin hərəkət trayektoriyasını araşdırmaya başlayıb. İddiaya görə, maşınlardan biri Yalovada yerləşən fermaya, digərinin isə Belqrad meşələrinə getdiyi təsbit edilib.

Polis Kaşoqinin cəsədini tapmaq üçün hər iki bölgədə axtarış aparır. Həmin ərazilərdə qazıntı işlərinin aparılması gözlənilir.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə   Kaşoqqi  





Xəbər lenti