Vaqif Bayatlı Türkiyədən şad xəbərlə qayıdıb
“Beyini demək olar ki, 90-95 faiz sağalıb. Digər analizlər də verildi. Növbəti dəfə mart- aprel ayında Türkiyəyə gedəcək. Ona qədər tam sağalması gözlənilir. Ürəyi isə hələki qaydasında deyil. Dərman yazıblar ki, beyin sağalana qədər ürəyi sabit qalsın. Tam sağalandan sonra ürəyinə stend qoyulacaq. Vaqiflə çox adam zəng edib maraqlandı, narahat oldu. Qayıdandan sonra onların hamısına zəng edib təşəkkür etmək istəyir”.
T. Bayatlı bildirib ki, hazırda şairin əhval- ruhiyyəsi yaxşıdır.
Qeyd edək ki, Vaqif Bayatlı Odər uzun müddətdir beyin anomaliyasından və ürək xəstəliyindən əziyyət çəkir.
Şahanə Rəhimli
Azvision
Teqlər: Vaqif-Bayatlı