Leyboristlərin lideri saxtakarlıqdan danışır

Leyboristlərin lideri saxtakarlıqdan danışır
  28 Oktyabr 2013    Oxunub:1210
Gürcüstan prezident seçkilərində namizəd Leyborist partiyasının lideri Şalva Natelaşvili iddia edir ki, seçkilər saxtalaşdırılıb.
AzVision.az İnterfaks-a istinadən xəbər verir ki, onun sözlərinə görə `Gürcü arzusu` koalisiyası ilə Saakaşvilinin partiyası `Milli hərəkat` partiyası arasında seçkilərin saxtalaşdırılması haqda sövdələşmə olub.

`Mən Beynəlxalq müşahidəçiləri kriminal sövdələşmənin nəticələrin qəbul etməməyə çağırıram. Biz bütün ölkə üzrə bülletenlərin təzədən sayılmasını tələb edirik` deyə Natelaşvili bildirib.

O iddia edir ki, seçkilərdə 1-2-ci yerə çıxıb `Bunu tarixdə, millətimizdə yaxşı bilir` deyə Natelaşvili qeyd edib.
O öz tərəfdarların `ayağa qalxmağa` çağırıb: `Heç nə dəyişməyib, hər şey hələ indi başlayır. Hamınız yeni çıxışlara və nümayişlərə hazır olun` deyə Gürcüstan işçi partiyasının lideri bəyan edib.


Teqlər:  





Xəbər lenti