İslandiyalı qapıçı Bakıda maşınla adam vurdu
“Qarabağ” futbol klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Azvision.az-a faktı təsdiqləyib.
Onun sözlərinə görə, avtomobillə vurulan şəxs yolu piyadalar üçün nəzərdə tutulmayan yerdən keçib. Halldorsson yaralıya ilkin yardım göstərib. Hazırda həmin şəxsin həyatı üçün heç bir təhlükə yoxdur.
Qeyd edək ki, “Qarabağ” klubu bu ilin iyul ayında İslandiya millisinin qapıçısı Hannes Tur Halldorssonu transfer edib. Danimarka, İslandiya, Hollandiya və Norveçdə karyera qurmuş təcrübəli qolkiper 2012-ci ildən milli komandasının heyətinə dəvət alıb və 52 oyunda meydanda olub. 2016-ci ildə Avropa Çempionatında çıxış edib.
Burda da İslandiyanın oynadığı beş oyunun hamısında çərçivəni qoruyub.Halldorsson DÇ-2018 seçmə mərhələsi çərçivəsində doqquz oyunda meydana çıxıb və komandası DÇ-2018-in qrup mərhələsinə vəsiqə qazanıb. O, hər üç oyunda meydanda olub. Qapıçı DÇ-2018-in 1-ci turunda Argentina ilə keçirilən oyunda (1:1) Lionel Messinin penaltisini dəf etməklə oyunun qəhrəmanına çevrilib.
Anar Kəlbiyev
Azvision.az