Camalın konsulluqda öldüyü rəsmən təsdiqləndi - VİDEO

Baş prokuror hazırda faktla bağlı aradırmanın aparıldığını, cinayət işi üzrə 18 Səudiyyə vətəndaşının istintaqa cəlb olunduğunu açıqlayıb.
Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.
Azvision.az
Teqlər: Səudiyyə Camal Jurnalist