Tramp Ər-Riyadın Camalla bağlı mövqeyini dəstəklədi

Tramp Ər-Riyadın Camalla bağlı mövqeyini dəstəklədi
  20 Oktyabr 2018    Oxunub:3060
“Camal Kaşoqinin öldürüldüyünün açıqlanması Ər-Riyad hökumətinin böyük addımıdır”.
AzVision.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

Tramp qeyd edib ki, Səudiyyə Ərəbistanının Camalla bağlı açıqlaması “etibarlıdır”: “Məsələ barədə araşdırmanı ABŞ Konqresi ilə davam etdirəcəyik. Ər-Riyad hökumətinin açıqlaması böyük bir addımdır. Amma bizim araşdırmamız bitməyib. Hazırda nəticə əldə etmək üçün çox tezdir”.

ABŞ prezidenti vurğulayıb ki, məsələ ilə bağlı səudiyyəlilərə suallar ünvanlanacaq: “Şahzadə Salmanla görüşdükdən sonra qərarımızı verəcəyik. Bundan başqa Ər-Riyad hökumətinin Kaşoqinin ölümü ilə bağlı aparacağı həbslər də çox önəmlidir”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.

Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə   Kaşoqqi   Tramp   ABŞ  





Xəbər lenti