Növbəti sınaq imtahanı keçirilir

  20 Oktyabr 2018    Oxunub : 8782
Növbəti sınaq imtahanı keçirilir
Oktyabrın 20-də Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha səmərəli hazırlaşmalarına kömək məqsədilə növbəti sınaq imtahanı keçirilir.
DİM-dən Azvision.az-a verilən məlumata görə, AA, AB, AC, BA, BB qrupları üzrə keçirilən sınaq imtahanı saat 10:00-da başlayıb.

Namizədlər imtahanı DİM-in Nəsimi rayonu, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda kompüter vasitəsilə elektron formada verirlər.

Xatırladaq ki, sınaq imtahanında yeni test tapşırıqlarından istifadə ediləcək.

Azvision.az

Teqlər: DİM