Marqvelaşvili gələn ay and içəcək

Marqvelaşvili gələn ay and içəcək
  28 Oktyabr 2013    Oxunub:1209
Gürcüstanın yeni prezidentinin and içəcəyi vaxt müəyyənləşib.
AzVision.az gürcü mətbuatına istinadən xəbər verir ki, dünən Gürcüstanda keçirilən prezident seçkilərinin qalibi Georgi Marqvelaşvilinin andiçmə mərasimi noyabrın 17-də baş tutacaq. Bu barədə mətbuata Gürcüstan parlametinin hüquq komitəsinin sədri Vaxtanq Xmaladze məlumat verib.

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda keçirilən prezident seçkilərinin ilkin nəticələrinə əsasən hakim "Gürcü arzusu" koalisiyasının nümayəndəsi Georgi Marqvelaşvili qalib gəlib. "Exit-poll"un nəticəsinə əsasən, G.Marqvelaşvili seçkilərdə 66,7 faiz səs toplayıb.

Gürcüstan Konstitusiyasına əsasən, seçkilrəin yekun nəticələri səsvermədən 20 gün sonra elan olunmalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti