Qurban Qurbanov U-17 millimizlə görüşüb

Qurban Qurbanov U-17 millimizlə görüşüb
  20 Oktyabr 2018    Oxunub:5182
Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov Avropa çempionatının ilkin seçmə mərhələsində çıxış edəcək 17 yaşadək futbolçulardan ibarət yığmamızın üzvləri ilə görüşüb.
Baş məşqçi yığmanın futbolçularına tövsiyələrini verib, seçmə mərhələ oyunlarında uğurlar arzulayıb.

Görüşdə milli komandaların meneceri İslam Abbasov və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Sadıqov da iştirak ediblər.

Avropa çempionatının ilkin seçmə mərhələsində U-17-nin rəqibləri Albaniya, Norveç və İsrail yığmaları olacaq. Futbolçularımız oktyabrın 23-də Norveç, 3 gün sonra Çexiya, oktyabrın 29-da isə Albaniya komandası ilə qarşılaşacaq.

Azvision.az



Teqlər:





Xəbər lenti