Həbsxanada yer olmadığı üçün qatili sərbəst buraxdılar

Həbsxanada yer olmadığı üçün qatili sərbəst buraxdılar
  20 Oktyabr 2018    Oxunub:5511
Ukraynada azyaşlı uşağı qətlə yetirən şəxs müəmmalı şəkildə azadlığa buraxılıb.
Azvision.az xəbər verir ki, kimliyi açıqlanmayan qatil barədə cinayət işi açılsa da, o, həbsxanada yer olmadığı bəhanəsilə azad edilib.

Məlumatı Ukrayna baş prokurorunun müavini Yevgeni Yenin təsdiqləyib. O, bu barədə "Facebook" səhifəsində fikirlərini bölüşüb: "Həbs cəzası almış məhkum həbsxana dəhlizinin yerinə, küçələrdə gəzməyə başladı. Düşünün, ona həbsxanalarda boş yer qalmamış".

Qatillə üz-üzə gələn uşağın qohumları dərhal polisə müraciət ediblər. Onlar cinayətkarın hansı səbəbdən azadlığa çıxdığına dair açıqlama tələb ediblər.

Yevgeni Yenin daxil olmuş şikayət əsasında qatil üçün həbsxanada boş yer axtarıldığını bildirib. Bir müddətdən sonra cinayəti törədən şəxs Toretskaya türməsinə göndərilib.

Azvision.az



Teqlər: Həbsxana   Ukrayan  





Xəbər lenti