Səudiyyədən jurnalistin ölümü barədə daha bir açıqlama

Səudiyyədən jurnalistin ölümü barədə daha bir açıqlama
  21 Oktyabr 2018    Oxunub:5575
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Kaşoqi ilə bağlı yeni rəsmi açıqlama verilib.
Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanının Ədliyyə Nazirliyi yaydığı məlumatda jurnalistin ölümünə səbəb olan hadisənin araşdırıldığı bildirilib.

Qeyd edilib ki, cinayət hadisəsi Səudiyyənin nəzarəti altında olan yerdə baş verib. Bu səbəbdən jurnalistin ölümündə günahı olan şəxslər Səudiyyə Ərəbistanında mühakimə olunacaq.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.

Azvision.az



Teqlər: Camal   Jurnalist   Qətl  





Xəbər lenti