Camal Kaşoqini konsulluqda boğaraq öldürüblər

Camal Kaşoqini konsulluqda boğaraq öldürüblər
  21 Oktyabr 2018    Oxunub:4399
“The Washington Post” qəzetinin səudiyyəli jurnalisti Camal Kaşoqinin ölümünün səbəbi hələ də müəmmalı olaraq qalır.
Azvision.az xəbər verir ki, jurnalistin İstanbuldakı konsulluqda qətlə yetirilməsi 18 gündən sonra Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən təsdiqlənsə də, onun cəsədinin harada olması, hansı səbəbdən və kimlər tərəfindən öldürülməsi açıqlanmır.

Dünyanın diqqətlə izlədiyi cinayət hadisəsi barədə müxtəlif versiyalar irəli sürülür. Bundan öncə, yayılan məlumatlarda jurnalistin konsulluqda xüsusi amansızlıqla öldürüldüyü, cəsədinin hissələrə parçalandığı bildirilirdi.

ABŞ-ın CNN telekanalı isə bugünkü buraxılışında Kaşoqinin boğularaq qətlə yetirildiyi bəyan edilib. CNN-nin bu barədə Səudiyyə Ərəbistanı rəsmilərindən məlumat aldığı qeyd olunub. Mənbə, jurnalistin ölüm səbəbini açıqlamayıb. Faktla bağlı araşdırma başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi vurğulanıb.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmayıb və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Nəhayət, 18 gündən sonra Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub. Qətldə şübhəli bilinən 18 nəfər istintaqa cəlb olunub.

Azvision.az


Teqlər: Camal-Kaşoqi   Qətl  





Xəbər lenti