Azərbaycanlı idmançı Avropa birincisi oldu
Yığmamızın üzvü Məhəmməd Məmmədli yaşı 23-dək olan gənclərin 62 kiloqram çəki dərəcəsindəki mübarizəsində tarixi uğura imza atıb. Atletimiz birdən qaldırma hərəkətində 121 kiloqram çəkini ram edərək gümüş medala layiq görülüb. İdmançımız təkanla qaldırma hərəkətində isə 150 kiloqram çəkini qaldıraraq qızıl medal qazanıb.
M.Məmmədli toplam 271 kiloqram (121+150) nəticə ilə yekun sıralamada da Avropa birinciliyinin qalibi olub.
Azvision.az
Teqlər: Atlet Avropa-Biriinciliyi