Qətlə yetirilən jurnalistin vəsiyyəti: “Mən ölsəm...”

Qətlə yetirilən jurnalistin vəsiyyəti: “Mən ölsəm...”
  21 Oktyabr 2018    Oxunub:25550
“The Washington Post” qəzetinin jurnalisti, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Kaşoqinin vəsiyyəti üzə çıxıb.

Azvision.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Camal Kaşoqi yaxınlarına vəsiyyət edib ki, dünyasını dəyişəndə onu Mədinədə dəfn etsinlər.
Qeyd edək ki, jurnalistin ölümünün səbəbi hələ də müəmmalı olaraq qalır. Onun İstanbuldakı konsulluqda qətlə yetirilməsi 18 gündən sonra Səudiyyə Ərəbistanı rəsmiləri tərəfindən təsdiqlənsə də, cəsədinin harada olması, hansı səbəbdən və kimlər tərəfindən öldürülməsi açıqlanmır.

Dünyanın diqqətlə izlədiyi cinayət hadisəsi barədə müxtəlif versiyalar irəli sürülüb. Bundan öncə, yayılan məlumatlarda jurnalistin konsulluqda xüsusi amansızlıqla öldürüldüyü, cəsədinin hissələrə parçalandığı bildirilirdi.

ABŞ-ın CNN telekanalı isə Kaşoqinin boğularaq qətlə yetirildiyi bəyan edilib. CNN-nin bu barədə Səudiyyə Ərəbistanı rəsmilərindən məlumat aldığı qeyd olunub. Mənbə, jurnalistin ölüm səbəbini açıqlamayıb. Faktla bağlı araşdırma başa çatdıqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcəyi vurğulanıb.

Azvision.az



Teqlər: Camal-Kaşoqi  





Xəbər lenti