Pakistanda iki avtobus toqquşub: 19 ölü

  22 Oktyabr 2018    Oxunub : 1529
Pakistanda iki avtobus toqquşub: 19 ölü
Pakistanda iki avtobusun toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər isə yaralanıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Pəncab əyalətinin Dera-Qazni-Xan şəhərində baş verib.

Qəzaya avtobusların yüksək sürətlə hərəkət etməsi səbəb olub. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır. Qəzanın baş vermə səbəbi araşdırılır.

Azvision.az

Teqlər: Pakistan   Qəza