İran-MAQATE danışıqları başlayır
Sonra, yerli axtla saat 15:00-da adi formatda görüşə start veriləcək. MAQATE nümayəndə heyyətinin başçısı ilk dəfə olaraq baş direktorun müavini Tero Varyoranta olacaq.
MAQATE ilə İran arasında oktyabrın 30-31-i baş tutacaq görüşlərin ardınca İralnla beynəlxalq vasitəçilər “altılığının” ekspert danışıqları da gözlənilir. “Altılığa”BMT TŞ daimi üzvləri və Almaniya daxil olacaq. Görüş Vyanada keçiriləcək.
Qeyd edək ki, BMT-nin baş katibi Ban Ki-mun ABŞ-dan İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyi tələb edir. Öz məruzəsində Ban Ki-mun sanksiyaların əslində qadın, uşaq və xəstələrə qarşı yönəldiyini bəyan edib.
AzVision.az