Səudiyyə Avropaya neft embarqosu tətbiq etməyəcək

Səudiyyə Avropaya neft embarqosu tətbiq etməyəcək
  22 Oktyabr 2018    Oxunub:2549
Səudiyyə Ərəbistanının enreji naziri Xalid əl-Falih Camal Kaşoqqi böhranı ilə əlaqədar Qərb ölkələrinə 1973-cü ildə olduğu kimi neft embarqosu tətbiq etməyəcəklərini açıqlayıb. AzVision.az xəbər verir ki, nazir anlaşılmazlıqların geridə qalacağını söyləyib.
“Səudiyyə Ərəbistanı çox məsuliyyətli bir ölkədir. İllərdir nefti siyasətdən ayrı saxlamışıq. Neft siyasətimizi iqtisadi vasitə kimi istifadə edirik”, - Səudiyyəli nazir bildirib.

Əl-Falih deyib ki, neft qiymətlərinin artması qlobal iqtisadiyyatın zəifləməsinə səbəb olacaq: “Gələn ay İranın neft ixracatına qarşı sanksiyaların qüvvəyə minməsindən sonra qiymətlərin qalxmayacağına zəmanət yoxdur. Neftin 1 barrelinin 100 dollar səviyyəsinə zəmanət verə bilmərik. Çünki digər neft ixracatçılarının hansı addım atacaqlarını bilmirik”.

Kənan Məmmədov
Azvision.az


Teqlər: Səudiyyə   Neft   Kaşşoqi  





Xəbər lenti