Əliyar Ağayev Avroliqa oyununa təyinat alıb

Əliyar Ağayev Avroliqa oyununa təyinat alıb
  22 Oktyabr 2018    Oxunub:6560
FIFA referisi Əliyar Ağayev UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun oyununa təyinat alıb.
Azvision.az AFFA-ya istinadən xəbər verir ki, UEFA Avropa Liqasının A qrupunda oktyabrın 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Bayer Leverkuzen” (Almaniya) oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.


Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Mübariz Haşımov yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Rəhim Həsənov və Orxan Məmmədov olacaq.

Azvision.az



Teqlər: Avroliqa   Əliyar-Ağayev  





Xəbər lenti