Bu müəllimlərin maaşı artırıla bilər

Bu müəllimlərin maaşı artırıla bilər
  22 Oktyabr 2018    Oxunub:1452
Noyabrda peşə təhsili müəssisələrinin müəllimlərinin növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək.
Azvision.az xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor əvəzi Amil Əlili deyib.

İmtahanda 600-ə yaxın peşə təhsili müəllimin iştirak edəcəyini deyən A.Əlili qeyd edib ki, istehsalat təlim ustaları, ixtisas fənn müəllimləri və indiyə qədər qiymətləndirmədə iştirak etməyən mühəndis pedoqoji sahənin müəllimləri də imtahana cəlb olunacaq.

Qeyd edək ki, ötən diaqnostik qiymətləndirmədən keçən 60 müəssisənin müəllimləri artıq artımla əmək haqqı alırlar.

Aytən Zəhra
Azvision.az


Teqlər: Peşə-təhsili  





Xəbər lenti