Tramp Makronla Camalın qətlini müzakirə edib

Tramp Makronla Camalın qətlini müzakirə edib
  22 Oktyabr 2018    Oxunub:2528
ABŞ prezidenti Donald Tramp Fransa prezidenti Emmanuel Makronla Səudiyyə Ərəbistanının Türkiyədəki baş konsulluğunda qətlə yetirilən səudiyyəli müxalif jurnalist Camal Kaşoqinin məsələsini müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Fransa prezidenti administrasiyasının yaydığı bəyanatda deyilir.

Qeyd olunur ki, Birinci Dünya Müharibəsinin bitməsinin yüzilliyi ərəfində Parisdə keçirəcəkləri görüşdən öncə Makronla Tramp arasında telefon əlaqəsi baş tutub. Söhbət zamanı tərəflər Suriyadakı vəziyyəti, həmçinin, səudiyyəli jurnalist Camal Kaşoqinin faciəvi ölümünü müzakirə ediblər. Hər iki lider jurnalistin qətlinə gətirib çıxaran şərtlərdən narahat olduqlarını ifadə ediblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Fransa   ABŞ  





Xəbər lenti