Mahaçqala meri təyyarə partladıb-VİDEO

Mahaçqala meri təyyarə partladıb-VİDEO
  28 Oktyabr 2013    Oxunub:1248
Mahaçqalanın keçmiş meri Səid Əmirova qarşı yeni ittihamlar irəli sürülüb
Mahaçqala şəhərinin keçmiş meri Səid Əmirova qarşı yeni ittihamlar irəli sürülüb. AzVision.az-ın “İnterfaks”a istinadən verdiyi məlumata görə, keçmiş mer terrorizm və qanunsuz silah gəzdirmə maddələrilə də təqsirkar bilinir. O həmçinin müstəntiq Arsen Hacıbəyovun qətlində günahlandırılır.

Bu dəfə isə mer təyyarə partlatmağa cəhddə ittiham olunur. Hər şey Səid Əmirovla əlbir olduğu iddia edilən Xasavyurd prokurorunun keçmiş köməkçisi Maqomed Abdulhəmidovun könüllü olaraq Qarabudağ kəndində gizlədilən PZRK “Strela 2” hava hücumundan müdafiə sistemini polisə təslim etməsindən sonra baş verib.

Həmin sistemin Əmirovun öz siyasi konkurenti Dağıstan Xalq yığıncağının deputatı, Pensiya Fondunun şöbə müdiri Səid Murtuzəliyevin öldürülməsi üçün istifadə etmək niyyətində olduğu ehtimal olunur.

Müstəntiqlər güman edirlər ki, Mahaçqalanın keçmiş meri Murtuzaliyev olan təyyarəni vurmağı və sonra bunu cinayətkar qrupun üzərinə atmağı planlaşdırıb.



AzVision.az


Teqlər:





Xəbər lenti