“Qarabağ”-“Vorskla” oyununun hakimləri bəlli olub

“Qarabağ”-“Vorskla” oyununun hakimləri bəlli olub
  22 Oktyabr 2018    Oxunub:5827
Avropa Liqasının qrup mərhələsinin III turu çərçivəsində “Qarabağ”ın Ukraynanın “Vorskla” komandasına qarşı keçirəcəyi oyunun hakimləri açıqlanıb.
Azvision.az xəbər verir ki, oktyabrın 25-də Bakı Olimpiya Stadionunda baş tutacaq görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Matçın referisi Roi Raynşrayber olacaq. Danni Krasiku və David Elias Bitton yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər.

Alon Yefet ilə Daniel Bar Natan əlavə köməkçi, Amihay Yehoşua Mozes isə dördüncü hakim olacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.

Azvision.az



Teqlər: Qarabağ   Futbol   Hakim  





Xəbər lenti