Aslanbek Alborov 1/4 finalda uduzdu

Aslanbek Alborov 1/4 finalda uduzdu
  22 Oktyabr 2018    Oxunub:5750
Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatı davam edir.
Azvision.az xəbər verir ki, üçüncü yarış günündə son iki sərbəst və bir qadın güləşçimiz mübarizəyə qoşulub. Gənclər arasında son dünya çempionu Hacımurad Hacıyev böyüklərin mundialında debüt görüşündə ötən il dünya 2-cisi olan amerikalı rəqiblə üz-üzə gəlib. Təcrübəli həmkarıyla başa-baş mübarizə aparan yığmamızın gənc üzvü minimal hesabla uduzub - 5:6.

Ötən il dünya çempionatında bürünc medal qazanan Aslanbek Alborov mundiala inamlı start verib. Təmsilçimiz təsnifat mərhələsində iranlı rəqibinə ilk hissədə qalib gəlib. Aslanbek koreyalı həmkarını da vaxtından əvvəl tuşe ilə məğlub edib. 1/4 finalda gürcü güləşçiylə görüşdə 3:0 önə keçsə də, sona 20 saniyə qalmış ani diqqətsizlik məğlubiyyətlə nəticələnib - 3:4.

İslam həmrəyliyi oyunlarının qalibi olan Tatyana Omelçenko ilk mərhələdə rusiyalı rəqibiylə bacarmayıb - 0:4.

Azvision.az


Teqlər: Güləş   Çempionat  





Xəbər lenti