Putin Ukraynaya sanksiya tətbiq etdi

Putin Ukraynaya sanksiya tətbiq etdi
  22 Oktyabr 2018    Oxunub:2876
Rusiya prezidenti Vladimir Putin “Ukraynanın Rusiya Federasiyasının vətəndaşlarına və hüquqi şəxslərinə münasibətdə qeyri-dost davranışları ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb.
Azvision.az Kremlin saytında dərc olunan bəyanata istinadən xəbər verir ki, Putin bu fərmanla hökumətə sanksiyalar və onlara məruz qalacaq Ukrayna vətəndaşları və şirkətlərinin siyahısını hazırlamağı tapşırıb.

“Bu fərmanın qüvvəyə mindiyi gündən etibarən dövlət hakimiyyətinin federal orqanları öz fəaliyyətlərilə konkret fiziki və hüquqi şəxslərə münasibətdə xüsusi iqtisadi tədbirlərin görülməsini təmin etməlidirlər” – fərmanda deyilir.

Həmçinin, qeyd olunur ki, Ukraynanın Rusiya vətəndaşlarına qarşı məhdudlaşdırıcı tədbirlərinin aradan götürülməsi halında bu fərman da ləğv oluna bilər.

Xatırladaq ki, Moskvanın Krım üzərindən körpü tikdiyinə görə avqustun sonunda Ukrayna Rusiya əleyhinə Avropa İttifaqının sanksiyalarına qoşulub.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Ukrayna   Avropa   Rusiya  





Xəbər lenti