“Taliban”ın səhra komandiri məhv edildi

“Taliban”ın səhra komandiri məhv edildi
  22 Oktyabr 2018    Oxunub:2619
“Taliban” silahlı hərəkatının ən önəmli səhra komandirlərindən olan Molla Mənsur Əfqanıstan Silahlı Qüvvələrinin ölkənin şimalında apardığı anti-terror əməliyyatları nəticəsində məhv edilib.
Azvision.az xəbər verir ki, bu barədə “Xinxua” agentliyi Əfqanıstan ordusuna istinadən məlumat yayıb.

Qeyd olunur ki, əməliyyat Əfqanıstanın Kunduz əyalətində həyata keçirilib. Nəticədə əfqan hərbçiləri Molla Mənsurdan başqa, “Taliban”ın daha 21 radikal döyüşçüsü zərərsizləşdiriblər.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban  





Xəbər lenti