Gürcüstanın yeni prezidenti kim olacaq?

Gürcüstanın yeni prezidenti kim olacaq?
  23 Oktyabr 2018    Oxunub:5870
Oktyabrın 28-də Gürcüstanda prezident seçkiləri keçiriləcək. Səsverməyə bir neçə gün qalmış ekspertlər 23 namizəddən kimin qalib gələcəyi barədə müxtəlif fikirlər irəli sürürlər.
Ekspertlər əsas iki namizədin qələbə qazanacağına ümid edirlər. Onların fikrincə, seçkilərdə əsas mübarizə müstəqil namizəd, parlamentin deputatı, hakim “Gürcü arzusu - Demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili və sabiq xarici işlər naziri, əsas müxalifət partiyası “vahid Milli Hərəkat”ın namizədi Qriqol Vaşadze arasında olacaq. Hər iki namizəd seçki kampaniyasında öz platformalarını ortaya qoyub.

S.Zurabişvili seçicilərlə görüşdə hər bir vətəndaşın prezidenti olacağını, dövlət başçısı seçiləcəyi halda Prezident Administrasiyasının qapılarının vətəndaşlara açıq olacağını bildirib. O, əmək haqlarının, pensiyaların artırılacağı, vətəndaşların həyat səviyyəsinin yaxşılaşacağı barədə heç bir vəd verməyib.

Q.Vaşadze isə qalib gələcəyi halda pensiyaları 2 dəfə artıracağını, hüquq-mühafizə orqanları, hərbçilər, müəllimlər və həkimlərin əməkhaqlarını xeyli artıracağını vəd edib. O, həmçinin prezident seçildikdən sonra ölkədə növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. (AzərTAc)

Azvision.az



Teqlər: Gürcüstan   Seçki  





Xəbər lenti