Jurnalistin qətlinə dair dəlillər məhv edildi - VİDEO

Jurnalistin qətlinə dair dəlillər məhv edildi - VİDEO
  23 Oktyabr 2018    Oxunub:5134
“The Washington Post” qəzetinin jurnalisti, Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğunda qətlə yetirilən Camal Kaşoqinə dair dəlillər məhv edilib.

Azvision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, jurnalistin qətlindən bir gün sonra konsulluqda Kaşoqi olayına aid olduğu sənədlər yandırılıb.
KİV-lərdə yayılan videoda üç səudiyyəli nümayəndənin əllərindəki sənədləri konsulluğun həyətində yandırdığı görünür. Ehtimal edilir ki, həmin şəxslər məlum hadisə ilə bağlı dəlilləri yox etməklə izi itirməyə çalışıblar.



Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

Azvision.az



Teqlər: Jurnalist   Camal   Kaşoqi   Qətl   Konsulluq  





Xəbər lenti