ABŞ-da Corc Sorosa qarşı sui-qəsd cəhdi - (VİDEO)

  23 Oktyabr 2018    Oxunub : 1158
ABŞ-da Corc Sorosa qarşı sui-qəsd cəhdi - (VİDEO)
Amerikalı milyarder, iş adamı Corc Sorosun Nyu-Yorkun Westchester səmtindəki evinin poçt qutusundan içərisində partlayıcı maddə olan paket tapılıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, rəngli inqilabların sponsoru kimi tanınan Soros demokratlara verdiyi dəstəyə görə sağ radikal qrupların hədəfinə çevrilib.
Soros evdə olmadığı zaman aşkarlanan partlayıcı maddə təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib. Hadisə ilə bağlı Federal Təhqiqatlar Bürosu araşdırmalara başlayıb. Corc Sorosa qarşı mümkün sui-qəsd ehtimalının kimlər tərəfindən planlaşdırıldığı hələlik məlum deyil.



Kənan Məmmədov
Azvision.az

Teqlər: Soros