“İlham Əliyevlə Trampın görüşü razılaşdırılıb”
“Azərbaycanda prezident Əliyevin Vaşinqtona səfərini hazırlayırlar, həm də mümkün qədər tez. Görünən odur ki, Tramp-Əliyev görüşü artıq təsdiqlənib. Azərbaycan ABŞ-la strateji tərəfdaşlıq müqaviləsi imzalamaq istəyir” – Sarkisyan “Facebook” səhifəsində yazıb.
Həmçinin qeyd olunub ki, Boltonun Bakı səfərində Əliyev-Tramp görüşünün təşkili məsələsi də müzakirə olunacaq.
Xatırladaq ki, hazırda Rusiyada olan Con Bolton sabah Azərbaycana, daha sonra isə Ermənistan və Gürcüstana səfər edəcək.
Leyla Elbrusqzı
Azvision.az
Teqlər: Azərbaycan ABŞ Rusiya







Vaxtında, Aydın, Lazımlı!


