Mikayıl Müşfiqin məzarı tapılıb? - Nazirdən açıqlama

Mikayıl Müşfiqin məzarı tapılıb? - Nazirdən açıqlama
  23 Oktyabr 2018    Oxunub:8835
"Mikayıl Müşfiqin Qaradağ rayonunda yerləşən Puta məzarlığında qəbrinin olması ehtimalı ilə bağlı məsələyə nazirlikdə baxılıb"

Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında mədəniyyət naziri Əbülfəs Qarayev Mikayıl Müşfiqə aid olduğu ehtimal edilən qalıqların Puta qəsəbəsində tapılması barədə məlumata aydınlıq gətirərkən deyib.
Nazir ictimaiyyəti bu kimi sensasion xəbərlərə inanmağa çağırıb: "Dəqiq təsdiq olunmamış məlumatlara istinad etmək lazım deyil. Müşfiqin adı Azərbaycan üçün müqəddəsdir. O, Azərbaycan ədəbiyyatı tarixində böyük iz qoymuş şəxsiyyətdir. Azərbaycan dövləti ona hörmətlə yanaşır. Prezidentin sərəncamı ilə bu il onun yubileyi keçirilir. Artıq bu tədbirlərin icrasına başlanılıb. Hazırda Mikayıl Müşfiq adına muzeyin yenidən qurulması ilə bağlı işlər gedir. O, heç vaxt dövlət və ictimaiyyət tərəfindən unudulmayıb və bundan sonra da unudulmayacaq".

M.Müşfiqin məzarının harada olmasına gəlincə, Ə.Qarayev bildirib ki, onunla bağlı hər zaman müxtəlif mülahizələr səsləndirilib. "Hələ 10 il bundan əvvəl onun tamamilə başqa yerdə dünyasını dəyişməsi barədə məlumatlar gəlmişdi. Onun qalıqlarının Putada olmasına dair Azərbaycan Milli Elmlər Akademiyası və digər aidiyyəti qurumlarla araşdırmalar aparacağıq. Qalıqların kimə aid olması dəqiqləşdikdən sonra bu məsələ barədə danışmaq olar. O vaxta qədər isə Müşfiqin qəbrinin harada olması ilə bağlı danışmaq tezdir. Ona görə də məsələyə həssas yanaşılmasını tövsiyə edirəm".

Qeyd edək ki, rusiyalı milyarder Fərhad Əhmədov Mikayıl Müşfiqin qalıqlarının Qaradağ rayonu, Puta qəsəbəsində tapdığını iddia edib.

Aytən Zəhra
Azvision.az


Teqlər: Əbüləs-Qarayev   Nazir   Mikayıl-Müşfiq  





Xəbər lenti