Camal Kaşoqinin cəsədi tapıldı

  23 Oktyabr 2018    Oxunub : 6754
Camal Kaşoqinin cəsədi tapıldı
Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğunda qətlə yetirilən səudiyyəli jurnalist Camal Kaşoqinin meyiti tapılıb. Azvision.az xəbər verir ki, bu barədə “Ria Novosti”yə Türkiyənin “Vətən” partiyasının rəhbəri Doğu Perinçek məlumat verib. Onun sözlərnə görə, jurnalistin meyiti konsulun iqamətgahının həyətindəki quyudan tapılıb.
Perinçek bu məlumatı İstanbul təhlükəsizlik xidmətindəki mənbədən aldığını bildirib.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Türkiyə   Camal-Kaşoqi