Azərbaycanın KTMT-yə üzv olması mümkündür? - Nazir cavab verdi

  23 Oktyabr 2018    Oxunub : 1609
Azərbaycanın KTMT-yə üzv olması mümkündür? - Nazir cavab verdi
“Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür”.

Azvision.az-ın məlumatına görə, bunu “Ria Novosti”yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olmasının mümkünlüyünə münasibət bildirərkən deyib.
“Rəsmi Bakı Azərbaycana qarşı hərbi təcavüz siyasətini həyata keçirməyə davam edən, ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal edən və həmin yerlərdə azərbaycanlılara qarşı qanlı etnik təmizlənmə həyata keçirən Ermənistan istisna olmaqla KTMT-ya üzv olan bütün dövlətlərlə geniş ikitərəfli dialoq və qarşılıqlı faydalı bərabər əməkdaşlıq əlaqələrini inkişaf etdirir”, - deyə Məmmədyarov vurğulayıb.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: XİN   KTMT