Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüləcək

  23 Oktyabr 2018    Oxunub : 1857
Paşinyanın baş nazir postuna namizədliyi irəli sürüləcək
Ermənistan parlamentində təmsil olunan “Çıxış” bloku Nikol Paşinyanın baş nazir postuna namizədliyini irəli sürəcək.
Azvision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə blokun mətbuat xidmətinin rəhbəri Qevork Qorqisyan deyib.

“Hüquqşünaslarla məsləhətləşmələrdən sonra biz başa düşdük ki, hökumət başçısı vəzifəsinə namizəd irəli sürmək lazımdır. Biz Nikol Paşinyanın namizədliyini təklif edəcəyik”.

Qeyd edək ki, bu gün Ermənistan parlamentində təmsil olunan siyasi fraksiyalar saat 18:00-dək baş nazir postuna öz namizədlərini irəli sürə bilərlər.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Ermənistan