“Rusiyaya heç bir münaqişə lazım deyil” - Putinin müşaviri

  23 Oktyabr 2018    Oxunub : 1702
“Rusiyaya heç bir münaqişə lazım deyil” - Putinin müşaviri
“Bütün postsovet ölkələrin Avrasiya İqtisadi Birliyinə daxil olması bu məkanda münaqişələrin sayının azalmasına gətirib çıxarardı”.
Azvision.az xəbər verir ki, bunu Ermənistada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı jurnalistlərin suallarını cavablandıran Rusiya prezidentinin müşaviri Serqey Qlazyev bildirib.

Onun sözlərinə görə, Rusiyaya heç bir münaqişə lazım deyil: “Bizim mövqeyimiz ondan ibarətdir ki, postsovet məkanında baş verən münaqişələr kompromis, məsləhətləşmələr və danışıqlar yolu ilə həll olunmalıdır. Biz heç bir münaqişənin olmamasında maraqlıyıq”.

Serqey Qlazyev, həmçinin qeyd edib ki, Avrasiya İqtisadi Birliyi hamı üçün açıqdır.

İlkin Nəcəfzadə
Azvision.az

Teqlər: Qarabağ   Azərbaycan   AİB