Azercell startaplara dəstək göstərəcək
6 aylıq inkubasiya proqramının sonunda isə ən uğurlu startap 5000 AZN-ə qədər məbləğdə məhsul və ya xidmətin korporativ müştəri olaraq Azercell tərəfindən rəsmi qaydada alınması şansı və növbəti ilin May ayında Niderlandın paytaxtı Amsterdamda keçiriləcək dünyanın texnologiya sahəsində ən nüfuzlu konfranslarından biri olan “The Next Web Conference”-da bütün xərclər qarşılanmaqla iştirak haqqı qazanacaq.
İnkubasiya proqramında İnformasiya Texnologiyaları, Virtual oyunlar, Media, Səhiyyə Texnologiyaları (MedTech), Əşyaların İnterneti (IoT), Maliyyə Texnologiyaları (FinTech), Kənd təsərrüfatında innovativ həllər (AgTech), Virtual Reallıq (VR), Artırılmış Reallıq (AR), Süni Zəka (AI), Bulud Hesablamaları və Biznes Həlləri sahələrinə üstünlük verilir. Barama mərkəzi və PAŞA Bank tərəfindən həyata keçirilən proqram, innovativ ideyaların startaplara, mövcud startapların uğurlu şirkətlərə çevrilməsinə şərait yaradır. Layihə ölkədə startap mühitinin və rəqəmsal ekosistemin inkişafını hədəfləyərək bu istiqamətdə rezident startaplara 6 ay ərzində ödənişsiz ofis dəstəyi, peşəkar konsultasiya xidmətləri, təlim proqramları, peşəkar biznes şəbəkəsi ilə sıx işgüzar əlaqələr qurmaq imkanı verir.
Teqlər: Azercell