Kral Camalın ailəsini qəbul edib

  23 Oktyabr 2018    Oxunub : 1860
Kral Camalın ailəsini qəbul edib
Səudiyyə Ərəbistanı Kralı Salman və vəliəhd şahzadə Məhəmməd bin Salman İstanbul Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının ailə üzvlərini qəbul edib.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Camal Qaşıqçının oğlu Salah Qaşıqçı da görüşdə iştirak edib. Kral və şahzadə Qaşıqçı ailəsinin üzvülərinə başsağlığı veriblər.

Xatırladaq ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

18 gündən sonra Səudiyyə rəsmiləri Kaşoqinin konsulluqda öldüyünü təsdiqləyiblər. Qətllə əlaqədar 18 nəfər şübhəli şəxs qismində istintaqa cəlb olunub.



Azvision.az

Teqlər: Ərəbistan