Trampla Putin görüşünün vaxtı açıqlandı

Trampla Putin görüşünün vaxtı açıqlandı
  24 Oktyabr 2018    Oxunub:2621
Rusiya prezidenti Vladimir Putin noyabrın 11-də Parisə səfəri çərçivəsində amerikalı həmkarı Donald Trampla görüşəcək.
Azvision.az-ın Rusiya KİV-lərinə istinadən verdiyi məlumata əsasən, bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd olunub ki, danışıqların tarixi və yerini Rusiya prezidenti Trampın milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla görüş zamanı təsdiqləyib.

Yuri Uşakov bildirib: "Bu normal ikitərəfli görüş olacaq. Orada, əlbəttə, hər iki tərəfdən böyük bir heyətlər olmayacaq, ancaq əsas nümayəndələr".

Azvision.az



Teqlər: Putin   Tramp  



Xəbər lenti