Camalın qətlində əli olan şəxs Türkiyədən qaçıb - VİDEO

Camalın qətlində əli olan şəxs Türkiyədən qaçıb - VİDEO
  24 Oktyabr 2018    Oxunub:7047
Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Kaşoqinin dublyoru Mustafa Məhəmməd əl-Medeninin Atatürk Hava Limanından Ər-Riyada qaçdığına dair görüntülər yayılıb.
AzVision.az xəbər verir ki, Medeninin oktyabrın 2-də İstanbula gəldiyi, bir gün sonra Ər-Riyada geri döndüyü məlum olub.

Bildirilib ki, adıçəkilən şəxs cinayət izini itirmək üçün Kaşoqinin qol saatını, eynəyini və paltarlarını geyinərək konsulluğun binasından çıxıb. Bununla da, onun konsulluğun binasından çıxmasına dair görüntü yaratmağa çalışıb.



Qeyd edək ki, oktyabrın 2-də “The Washington Post” qəzetinin səudiyyəli jurnalisti, ailə qurmağa hazırlaşan Camal Kaşoqi sənəd əldə etmək üçün Səudiyyənin İstanbuldakı baş konsulluğuna gedib. Onunla birgə gedən nişanlısını konsulluğun binasına buraxmayıblar və 5 saatdan sonra deyiblər ki, Camal artıq konsulluqdan gedib. Lakin nişanlısı buna inanmadığını və konsulluğa daxil olduğu andan Camalın yoxa çıxdığını deyib.

Səudiyyə Ərəbistanının baş prokuroru Saud əl-Muacib jurnalist Camal Kaşoqinin İstanbuldakı konsulluqda yaranmış münaqişə nəticəsində öldüyünü təsdiqləyib. Rəsmi məlumata əsasən, Camal Kaşoqi konsulluqda olarkən, orada bir neçə nəfər arasında münaqişə yaranıb və dava jurnalistin ölümünə səbəb olub.



Kənan Məmmədov
AzVision.az


Teqlər: Səudiyyə   Kaşoqqi  





Xəbər lenti