Türkiyə Menbiçdə ABŞ-la birgə patrul nəzarətinə başlayır

Türkiyə Menbiçdə ABŞ-la birgə patrul nəzarətinə başlayır
  24 Oktyabr 2018    Oxunub:2451
Bir neçə gün ərzində türk və amerikalı hərbçilərin ortaq təlimləri başa çatdıqdan sonra Türkiyə və ABŞ tezliklə Suriyanın şimalındakı Menbiç bölgəsində birgə patrul nəzarətinə başlayacaqlar.
Azvision.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar "Anadolu" agentliyinə müsahibəsində deyib.

Qeyd edək ki, Menbiçin YPG/PYD/PKK terrorçularından təmizlənməsinə dair iyunda Ankara ilə Vaşinqton arasında əldə olunan razılaşmaya uyğun olaraq türk və amerikalı hərbçilər indiyədək Menbiçdə bir-birindən ayrı şəkildə müstəqil patrul nəzarəti həyata keçiriblər. Daha sonra isə birgə patrula hazırlıq məqsədilə ortaq təlimlərə başlayıblar.

Leyla Elbrusqızı
Azvision.az




Teqlər: Türkiyə   Menbiç   ABŞ   Suiya  





Xəbər lenti