“Sabah ən yaxşı oyunumuzu göstərəcəyik” - Qurbanov

“Sabah ən yaxşı oyunumuzu göstərəcəyik” - Qurbanov
  24 Oktyabr 2018    Oxunub:5577
“Sabah vacib oyuna çıxırıq. Hər iki komandanın xalı yoxdur. Ona görə də hər iki tərəf matça ciddi hazırlaşıb".
Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Vorskla” ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

Baş məşqçi bildirib ki, hamımız üçün maraqlı görüş olacaq: "Başa düşürük ki, ciddi qrupda mübarizə aparırıq. Komandada böyük məsuliyyət var və bu, bizə kömək ola bilər. Sabah ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq", - deyə Q.Qurbanov vurğulayıb.

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Vorskla” oyunu saat 20:55-də başlayacaq.

Azvision.az


Teqlər: Qurban-Qurbanov   Qarabağ  





Xəbər lenti