Naxçıvanda ordu qış rejiminə keçdi

Naxçıvanda ordu qış rejiminə keçdi
  24 Oktyabr 2018    Oxunub:1725
Silah və texnikanın qış aylarında fasiləsiz və dayanıqlı istismarını təmin etmək məqsədilə Əlahiddə Ümumqoşun Ordunun birləşmə və hissələri mərkəzləşdirilmiş qaydada yanacaq-sürtkü materialları, digər zəruri ehtiyat hissələri və avadanlıqlarla təmin edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən Azvision.az-a verilən məlumata görə, bütün növ silah və texnikalara texniki xidmət-2 həcmində qulluq göstərilib. Bu zaman texnikaların yanacaq-sürtkü materialları və filtrləri dəyişdirilib, hissə və mexanizmlərə planlı şəkildə qulluq göstərilib, elektrik və hidravlik sistemləri yoxlanılıb.



Tankların və döyüş maşınlarının hərəkət hissəsinə, döyüş və güc bölmələrinə xüsusi qulluq göstərilib, bütün hərəkət hissələri yağlanıb, tırtıllar tarımlanıb, mühərriklərə yağ əlavə olunub, ehtiyac olanların isə yağı dəyişdirilib. Bütün fəaliyyətlər başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələr qiymətləndirilib.

Azvision.az


Teqlər: Naxçıvan   Ordu  





Xəbər lenti