Səudiyyə Camalın cəsədinin axtarışına icazə vermədi

Səudiyyə Camalın cəsədinin axtarışına icazə vermədi
  24 Oktyabr 2018    Oxunub:2585
Səudiyyə Ərəbistanı rəsmiləri bu ölkənin İstanbuldakı baş konsulluğunun bağında yerləşən quyuda Türkiyə polisinin axtarış aparmasına icazə verməyib.
Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Ər-Riyad konsulluqda qətlə yetirilən jurnalist Camal Kaşoqinin cəsədinin tapılması üçün Türkiyə hüquq-mühafizə orqanlarının apardığı istintaq çərçivəsində konsulluğun quyusunda axtarışa qarşı çıxıb.

Türkiyə polisi bundan əvvəl konsulluğun binasında və Səudiyyə konsulunun iqamətgahında əməliyyat-axtarış tədbirləri həyata keçirib. Lakin qətlə yetirilən jurnalistin meyiti tapılmayıb. Daha sonra isə Türkiyənin “Vətən” partiyasının rəhbəri Doğu Perinçek Kaşoqinin meyitinin konsulluğun həyətindəki quyuda saxlanıldığını bildirib.

Leyla Elbrusqızı
Azvision.az



Teqlər: Səudiyyə   Türkiyə  





Xəbər lenti