Klintonun evinə partlayıcı qurğu göndərilib

  24 Oktyabr 2018    Oxunub : 1755
Klintonun evinə partlayıcı qurğu göndərilib
ABŞ-ın sabiq prezidenti Bill Klinton və xanımı Hillari Klintonun məktubları arasında partlayıcı qurğu aşkar edilib.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, qurğunu Klinton ailəsinin işçisi tapıb. Hadisə yerinə polis əməkdaşları və bomba mütəxəssisləri çağırılıb. Partlayıcının kimlər tərəfindən göndərildiyi hələlik məlum deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl milyarder Corc Sorosun ofisində partlayıcı qurğu tapılıb. Polis hər iki qurğunun oxşar olduğunu deyib.

Azvision.az

Teqlər: Klinton