2400 il yaşı olan gəmi tapılıb

 2400 il yaşı olan gəmi tapılıb
  24 Oktyabr 2018    Oxunub:2813
Britaniya alimləri Qara dənizin dibində 2400 il yaşı olan gəmi aşkar ediblər.
Uzunluğu 23 metr olan qədim yunan ticarət gəmisi Bolqarıstan sahilindən təqribən 80 kilometr aralıda sualtı cihaz vasitəsilə tapılıb.

Gəminin gövdəsi, sükanı, avarçəkənlərin yerləri, ümumiyyətlə, gəminin özü çox yaxşı vəziyyətdə qalıb.

Alimlərin fikrincə, buna səbəb Qara dənizdə 200 metr dərinlikdən sonra demək olar ki, oksigenin olmamasıdır.

Azvision.az



Teqlər: Dəniz   Gəmi  





Xəbər lenti